• Bakı 21° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Bakı-Quba yolundakı yanğında xəsarət alan şəxsin vəziyyəti

HADİSƏ

05 Iyun 2025 | 17:31

Bakı-Quba yolundakı yanğında xəsarət alan şəxsin vəziyyəti

Xəbər verdiyimiz kimi, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəd avtomobil yolunun 28-ci kilometrliyində yerləşən, hazırda fəaliyyət göstərməyən və sahibinin kimliyi məlum olmayan ərazidə yanğın hadisəsi baş verib.

TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 05.06.2025-ci il tarixində saat 12:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1998-ci il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub. 

Qeyd olunub ki, bədənin bir neçə nahiyəsinin termiki və kimyəvi yanığı, II-III dərəcəli diaqnozu təyin edilən pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib. 

"Zəruri tibbi xidmətlər göstərilən  və vəziyyəti ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub",- deyə qurumdan məlumat verilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR