Fransalı cütlük onlarla heyvanı pis şəraitdə saxladığına görə bir il şərti həbs cəzasına məhkum edilib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Nitsadan olan cütlük 80 kvadratmetrlik mənzillərində 159 pişik, 7 it saxlayır.
Məlum olub ki, heyvanlar çirkab içində yaşayır, çoxu susuzdur, qida çatışmazlığından əziyyət çəkir və ya parazitlərə yoluxur. Hakim cütlüyün heyvanlara düzgün qulluq etmədiyini bildirib. 68 yaşlı qadın və 52 yaşlı kişi cütlüyə də ev heyvanları saxlamaq həmişəlik qadağan edilib.
Onlar, həmçinin heyvanların hüquqları ilə bağlı xeyriyyə təşkilatlarına 150 min avrodan çox pul ödəməyə məcbur ediliblər.
Pişik və itlərdən bəziləri səhhətləri pis olduğundan sonradan ölüblər.
Müstəntiqlər vanna otağında ən azı ölmüş 2 pişik və it tapıblar.
Ay Tac
















