• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ səfiri Şuşaya niyə getmədiyini açıqladı

CƏMİYYƏT

04 May 2024 | 00:38 | Müəllif: Subhan Mahmudov

ABŞ səfiri Şuşaya niyə getmədiyini açıqladı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Mark Libbi Şuşaya səfər etməməsinin səbəbini açıqlayıb.

Bakıvaxtı.az-ın Azadlıq Radiosuna istinadən məlumatına görə, diplomat bildirib ki, onun Azərbaycan ərazisində səfərlərini səfirlik planlaşdırır.

O qeyd edib ki, indiyədək Azərbaycanın bir neçə regionunda olub:

“Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir. Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm. Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”.

Qeyd edək ki, ABŞ və Fransa səfirlərinin Şuşa, o cümlədən işğaldan azad edilmiş digər bölgələrə səfərlər etməməsi Azərbaycan ictimaiyyəti tərəfindən tənqid olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026