• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

16 obyekt karantin qaydalarını pozduğuna görə cərimələnib

CƏMİYYƏT

06 May 2021 | 16:10

16 obyekt karantin qaydalarını pozduğuna görə cərimələnib

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində monitorinqlər keçirib.

Nazilrikdən Bakıvaxtı.az-a verilən məlumata görə, sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə mayın 4-də keçirdiyi növbəti monitorinqlər zamanı Sumqayıt şəhərində “Məlhəm-mağaza”, “Şüküroğlu mebel”, “Elmar market”, “Mebel sərgi salonu”, “Mebel klassika” pərakəndə ticarət obyektlərində, Elmin Əliyevə və Qismət Məmmədova məxsus mağazalarda, “Müasir Stomatologiya-Stomatoloji klinika”da, ümumilikdə 16 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR