• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

1700-dən çox dövlət orqanı Rəqəmsal Sənəd Dövriyyəsi sisteminə qoşulub

MULTİMEDİA

11 Oktyabr 2024 | 12:25

1700-dən çox dövlət orqanı Rəqəmsal Sənəd Dövriyyəsi sisteminə qoşulub

Azərbaycan Rəqəmsal Sənəd Dövriyyəsi sistemi ilə sənədsiz idarəetməyə doğru irəliləyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən dördüncü “INMerge” Innovasiya Sammitində çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri İnarə Vəliyeva deyib.

    O bildirib ki, 1700-dən çox dövlət orqanı bu sistemə inteqrasiya olunub ki, bu da kağızdan istifadəni kəskin şəkildə azaldır və sənəd mübadiləsinin səmərəliliyini artırır: “Qeyri-hökumət təşkilatlarının da bu təşəbbüsə qoşulması üçün çalışırıq. Bunun sayəsində hər ay 500 min vərəqdən çox kağıza qənaət edilir və hər il təxminən 2 min ağac qorunur”.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    29 Noyabr 2026
    28 Noyabr 2026