• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Radioda inqilab - Aparıcıları süni intellektlə əvəzlədilər

MULTİMEDİA

27 Oktyabr 2024 | 11:23 | Müəllif: Subhan Mahmudov

Radioda inqilab - Aparıcıları süni intellektlə əvəzlədilər

Polşada bir radio stansiyası öz efir işçilərini süni intellektlə əvəz edib.

Bakıvaxtı.az xəbər verir ki, Polşada fəaliyyət göstərən bir radiostansiya öz efir işçilərini işdən çıxarıb və süni intellektin yaratdığı serverlərlə yayıma başlayıb. Radiostansiyanın qərarı bütün ölkədə mübahisələrə səbəb olub.

Radionun yayım direktoru bu addımı süni intellektin cəmiyyətə təsiri ilə bağlı eksperiment kimi qiymətləndirib

Krakovda yerləşən "OFF Radio" süni intellektli aparıcıların gənc dinləyicilərə çatmağı və mədəniyyət, incəsənət və sosial mövzularda yayım etməyi hədəflədiyini açıqlayıb.

Emi, Kuba və Aleks adlı süni intellekt aparıcılarından ibarət üçlüyün təqdim etdiyi yeni proqramlar ölkə daxilində səs-küy yaradıb.

Radionun meneceri Marcin Pulit jurnalistlərin süni intellektə görə işdən çıxarılmadığını, dinləyicilərin sayının sıfıra yaxın olduğu üçün belə bir addım atdıqlarını iddia edib./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026