• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu ərazidə internet olmayacaq - Təmir aparılır

MULTİMEDİA

20 Noyabr 2024 | 18:14 | Müəllif: Subhan Mahmudov

Bu ərazidə internet olmayacaq - Təmir aparılır

Naxçıvan Muxtar Respublikasının (MR) bəzi ərazilərində internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, Muxtar respublikanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi noyabrın 20-si saat 23:55-dən noyabrın 21-i saat 03:00-dək Şahbuz rayonunda, noyabrın 21-i saat 23:55-dən noyabrın 22-si saat 03:00-dək isə Sədərək rayonunda təxirəsalınmaz və texnoloji infrastrukturda profilaktik təmir bərpa işləri həyata keçirəcək.

Nazirlikdən verilən məlumata görə, təxirəsalınmaz işlər görülən müddətdə adıçəkilən rayonlar üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yarana bilər.

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet və rabitə xidmətlərinin fəaliyyəti tam bərpa ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026