• Bakı 20° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Rusiyada “Viber”ə məhdudiyyət qoyulub

MULTİMEDİA

13 Dekabr 2024 | 22:11 | Müəllif: Subhan Mahmudov

Rusiyada “Viber”ə məhdudiyyət qoyulub

Rusiyada “Viber” messencerinə məhdudiyyət qoyulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət üzrə Federal Xidməti bildirib.

“Viber” xidmətinə giriş Rusiya qanunvericiliyinin informasiya yayımı təşkilatçılarına olan tələblərinin pozulması səbəbindən məhdudlaşdırılıb”, – qurumun teleqram kanalında diqqətə çatdırılıb.

Qeyd olunub ki, bu tələblərin yerinə yetirilməsi mesencerin “terror və ekstremist məqsədlərlə istifadəsi, vətəndaşların bu məqsədlər üçün cəlb edilməsi, narkotik maddələrin satışı təhlükələrinin qarşısının alınması, həmçinin qanunsuz məlumatların yerləşdirilməsi ilə əlaqədar zəruridir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026