• Bakı C

    7.18 m/s

  • USD - 1.7

    EUR - 1.7598

    RUB - 1.5837

Dövlət qurumlarına kiberhücumlar azalıb

MULTİMEDİA

08 Yanvar 2025 | 11:10

Dövlət qurumlarına kiberhücumlar azalıb

2024-cü ildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 1 069 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Bakıvaxtı.az xəbər verir ki, “Report”un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü illə müqayisədə 10,2 % azdır.

Kibertəhdidlərin 550-si daxili araşdırma, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə dekabrda isə 156 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 56 % çoxdur.

Ötən il “AzStateNet” şəbəkəsi üzrə 814,37 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 480 min 400, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 195 min 82 zərərverici tərkibli elektron sənəd blok edilib.


SON XƏBƏRLƏR

08 Yanvar 2025