Polşada prezident seçkiləri mayın 18-nə təyin edilib.
Bakıvaxtı.az “TVP Info” telekanalına istinadən xəbər verir ki, bu barədə Polşa Seyminin (parlamentin aşağı palatası) sədri Şimon Holovnya mətbuat konfransında bildirib.
"Mən Polşa prezidenti seçkilərində səsvermənin mayın 18-də keçirilməsi barədə qərar qəbul etdim", - o qeyd edib.
Zərurət olacağı halda seçkilərin ikinci turu iyunun 1-də keçiriləcək.