Türkiyədə polislərə hücum edilib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, İstanbulun Bağcılar ərazisində bir şəxs meydanda dayanmış patrul polisi maşınına yaxınlaşaraq ətrafı seyr etməyə başlayıb. Bir müddət ətrafa baxdıqdan sonra polis maşınını açan şəxs içəridəki polis əməkdaşlarına bıçaqla hücum edib.
Hadisə zamanı biri qadın olmaqla, iki polis əməkdaşı yaralanıb.
Hücumu həyata keçirən şəxs qısa müddətdə tutularaq polis bölməsinə aparılıb.
Xəsarət alan polis əməkdaşlarının həyatı üçün təhlükə olmadığı bildirilib.
Mina Mikayılova
















