• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ-da dəhşətli yanğınlar: Fövqəladə vəziyyət elan edildi

DÜNYA

09 Mart 2025 | 12:32 | Müəllif: Subhan Mahmudov

ABŞ-da dəhşətli yanğınlar: Fövqəladə vəziyyət elan edildi

Nyu Yorkun Lonq Aylend və Bruklin rayonları yaxınlığında dəhşətli yanğınlar başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Milli Meteorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, güclü külək yanğının yayılması riskini artırır.

Ən yüksək risk altında olan bölgələr Nyu Yorkun cənub-şərqi, Nyu Cersinin şimalı, Lonq Aylend, Nyu York şəhərinin beş rayonu və Konnektikut ştatının cənubudur.

Nyu York qubernatoru Keti Hoçul Lonq Aylenddəki Suffolk dairəsində meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edib.

Yanğınsöndürənlərə kömək etmək üçün Nyu Yorkdakı Milli Qvardiyanın helikopterləri göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026