• Bakı 11° C

    13.11 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Jurnalistlərin 24 saatlıq tətili

DÜNYA

08 Aprel 2025 | 11:22

Jurnalistlərin 24 saatlıq tətili

Yunanıstanda jurnalistlər tətib ediblər.

Bakıvaxtı.az bu barədə ölkə mediasına istinadla xəbər verir.

Məlumata görə, Yunanıstanda Mətbuat İşçiləri Assosiasiyasının (ESHEA) çağırışından sonra bütün mətbuat nümayəndələri 24 saatlıq tətil elan ediblər.

Mətbuat mənsubları birgə bəyanatlarında kollektiv əmək müqavilələrinin yenilənməsi üçün danışıqlara başlanılması, mətbuatda minimum başlanğıc maaşın 1250 avro olması, maaşların minimum 10 faiz artırılması, şəhərdənkənar təyinatlar üçün müavinətlərin artırılması, təbii fəlakətlərə görə ödənilən gündəlik əlavə 250 avro kimi tələblərini ifadə ediblər.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

16 Aprel 2025