ABŞ Hərbi Hava Qüvvələrinin strateji çəkindirmə və nüvə inteqrasiyası üzrə rəis müavini Endryu Gebara bildirib ki, Çin Xalq Respublikası 600-dən çox nüvə başlığına malikdir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib.
"Çin ABŞ müdafiəsi üçün əsas təhlükə olaraq qalır. O, nüvə qüvvələrinin genişləndirilməsi, modernləşdirilməsi və şaxələndirilməsi istiqamətində genişmiqyaslı fəaliyyətə başlayıb", – deyə Gebara qeyd edib.
O bildirib ki, ötən il eyni komitədə çıxışından bəri Çin nüvə arsenalını 100-dən çox başlıqla artıraraq ümumi sayı 600-dən yuxarıya qaldırıb.