Çeçenistanın rəhbəri Ramzan Kadırov istefası barədə danışıb.
Bakıvaxtı.az "Kommersant"a istinadən xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putinlə söhbət zamanı bu məsələni qaldıracağını deyib:
"Bu gün prezidentdən soruşacağam. Necə desə, elə də olacaq. Tezliklə seçki olacaq. Biz hər şey etdik, hər şeyi qurduq. Bir şey olarsa, kimdəsə müəyyən problemlər olarsa, qayıdacağıq! Bir daha deyirəm: qərarı mən vermirəm" , - deyə o vurğulayıb.