• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Braziliyada təyyarə qəzası - 2 ölü, 6 yaralı - YENİLƏNİB

DÜNYA

07 Fevral 2025 | 17:28

Braziliyada təyyarə qəzası - 2 ölü, 6 yaralı - YENİLƏNİB

Braziliyanın San-Paulo şəhərində təyyarə qəzası nəticəsində xəsarət alanların sayı altı nəfərə çatıb.

Bakıvaxtı.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə San-Paulonun Yanğınsöndürmə Xidməti sosial şəbəkələrdə məlumat yayıb.

"Təyyarə nəqliyyat vasitələrinin üzərinə düşüb. İki nəfər həlak olub, altı nəfər xəsarət alıb", - məlumatda bildirilib.

***

15:50

Braziliyanın San-Paulo şəhərində təyyarə qəzası nəticəsində iki nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.

"Hadisə nəticəsində azı iki nəfər həlak olub, bir nəfər xəsarət alıb", - məlumatda qeyd olunub.

Qeyd edək ki, daha əvvəl San-Pauloda kiçik təyyarənin avtomobillərin üzərinə düşməsi barədə məlumat verilmişdi. Təyyarənin avtobusun üzərinə düşdüyü qeyd olunurdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026