• Bakı 12° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Qızları daşıyan avtobus qəzaya uğradı - 6 ölü, 35 yaralı

DÜNYA

07 Fevral 2025 | 17:52

Qızları daşıyan avtobus qəzaya uğradı - 6 ölü, 35 yaralı

İranın Sırç-Kirman avtomobil yolunda məktəbli qızları daşıyan mikroavtobus aşıb.

Bakıvaxtı.az İran KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.

Hadisədə azı 6 nəfər ölüb, 35 nəfər yaralanıb.

Kerman Təcili Yardım Mərkəzinin direktoru Seyid Muhamed Saberi hadisə ilə bağlı verdiyi açıqlamada mikroavtobusda 40 nəfərin olduğunu bildirib.

Saberinin son açıqlamasına görə, avtobus qəzasında yaralanan 21 nəfər xəstəxanadan buraxılıb.


SON XƏBƏRLƏR