• Bakı 12° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Ceyhun Bayramov Şarl Mişellə görüşdü

SİYASƏT

14 Mart 2025 | 18:57

Ceyhun Bayramov Şarl Mişellə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı Şurasının sabiq зrezidenti Şarl Mişel ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Eyni zamanda, post-münaqişə dövründə regional dinamika, sülh sazişi ilə bağlı son inkişaflar və bu proses qarşısında duran çağırışlar diqqət mərkəzində olub.

Görüşdə Şarl Mişelin Avropa İttifaqı Şurasının sədri kimi əvvəlki fəaliyyəti və göstərdiyi mühüm səylərə görə ona təşəkkür ifadə edilib.


SON XƏBƏRLƏR

14 Mart 2025