• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Mirça Abrudea Azərbaycana rəsmi səfərə gəldi

SİYASƏT

13 Aprel 2025 | 10:03 | Müəllif: Subhan Mahmudov

Mirça Abrudea Azərbaycana rəsmi səfərə gəldi

Rumıniya Parlamenti Senatının sədri vəzifəsini müvəqqəti icra edən Mirça Abrudean aprelin 13-də ölkəmizə rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında Rumıniya parlament nümayəndə heyətini Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare və digər rəsmi şəxslər qarşılayıblar.

    Səfər çərçivəsində Mirça Abrudeanın ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

    Rəsmi səfər aprelin 15-də başa çatacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Noyabr 2026