• Bakı 16° C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

Bakıdan PKK-nın ləğvi qərarına REAKSİYA

SİYASƏT

12 May 2025 | 18:41

Bakıdan PKK-nın ləğvi qərarına REAKSİYA

Azərbaycan Xarici İşlər Nazirliyi PKK terror təşkilatının özünü ləğv etməsi barədə bəyanat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun X hesabında paylaşım edilib.

"Davamlı sülh və sabitlik yolunda mühüm addım olan PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq. Bölgədə terror təhlükəsinə son qoymaq üçün ən qısa zamanda praktiki addımların atılmasını gözləyirik. Qardaş Türkiyə rəhbərliyini terrorizmin kökünün kəsilməsi, təhlükəsizliyin gücləndirilməsi və sabitliyin təşviqi istiqamətindəki sarsılmaz öhdəliyinə görə alqışlayırıq", - paylaşımda qeyd olunub.


SON XƏBƏRLƏR