• Bakı 22° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Paşinyan kilsə təhlükəsindən qurtula biləcəkmi? - AÇIQLAMA

SİYASƏT

11 Iyun 2025 | 15:46

Paşinyan kilsə təhlükəsindən qurtula biləcəkmi? - AÇIQLAMA

"Erməni Apostol Kilsəsinin hazırkı mövqeyi və bir çox ideoloji hədəfləri nəinki təkcə Ermənistan üçün, hətta bütöv region üçün təhlükə yaradır".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib.

Ekspert bildirib ki, milli, irqi, dini ayrı-seçkilik və radikalizm, siyasətə müdaxilə, əsasən Türkiyə və Azərbaycan əleyhinə erməni xalqını qızışdırmaq bu kilsənin xarakterinə çevrilib:

"Baş nazir Nikol Paşinyanın sülhlə bağlı, yaxud Ermənistan daxilindəki islahatlarla bağlı atdığı addımlara kilsə ciddi maneələr törədir. Paşinyanın 2-ci Qaregini dini qaydaları pozmaqda ittiham etməsinin daha dərin səbəbləri var. Sadəcə Paşinyan hələ o fırıldaqların çoxunu açmır. Erməni Apostol Kilsəsinin fars molla rejimi ilə əlaqələri nəticəsində narkotik ticarəti, insan alveri, orqan alveri, qanunsuz ticarət və başqa cinayətlərdə əlinin olması haqda məlumatlar var. Paşinyan kilsənin başçısını dini qaydaları pozmaqda ittiham etməsi əslində ona bir mesajdır ki, bu çirkin əməllərinizdən əl çəkməsəniz digər cinayətlərinizi də ifşa edəcəm”.

Müsahibimiz qeyd edib ki, erməni kilsəsinə xarici təsirlər çox böyükdür. Onun sözlərinə görə, kilsə dövlətə və dövlət başçısına təslim olmaq istəmir. Dəyişikliklərə getməyi qəbul etmir:

“Çünki ideoloji hədəfləri Türkiyə və Azərbaycanla əbədi düşmənçilik mövqeyində olmaqdır. Paşinyan isə "Real Ermənistan" ideolojisi daxilində kilsənin mövqeyinə zidd siyasi addımlar atır. Nəticədə belə çaxnaşma və söyüşmə meydana çıxır".

Tural İrfan: kilsə Ermənistanda xalq üçün də, dövlət üçün də ciddi problem mənbəyinə çevrilir

T.İrfan düşünür ki, cəmiyyət də kilsənin yanlış siyasi mövqe tutduğunu anlayır:

"Çünki din xadimləri siyasətə bu dərəcədə qarışmamalı, dövlətə baş qaldırmamalıdır. Ermənistan qanunlarına görə də din dövlətdən ayrıdır. Amma din xadimi donuna girmiş xarici dairələrin təsirində olan keşişlər siyasi lider funksiyası həyata keçirir, hətta dövlətə qarşı üsyana başçılıq da edirlər. Təbii ki, kilsənin dövlətə bu dərəcədə təsirinin, təzyiqinin olduğu halda hökumət sərbəst siyasi addımlar atmaqda çətinliklə qarşılaşır”.

Siyasi şərhçi bildirib ki, kilsə Ermənistanda həm xalq üçün, həm də dövlət üçün ciddi problem mənbəyinə çevrilir. Dediyinə görə, rəsmi İrəvan kilsənin hazırkı tutumunu həm özünə, həm də dövlətin yürütdüyü siyasətə meneə hesab edir:

“Təbii ki, burada sülhə qarşı maneədən də söhbət gedir. Sülh prosesinə qarşı olan xarici güclər kilsəni təhrik edirlər. Ümid edirəm ki, cəmiyyətin də kilsəyə qarşı mövqeyi hakimiyyətin mövqeyi ilə oxşardır. Paşinyanın kilsədən gələn təhlükədən yaxa qurtara biləcəyini düşünürəm".

Aydın Baxış


SON XƏBƏRLƏR