• Bakı 17° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

Bəhreyn vəliəhdi: Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlıyıq - YENİLƏNİB

SİYASƏT

12 May 2025 | 16:26

Bəhreyn vəliəhdi: Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlıyıq - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman ibn Həməd ibn İsa Əl-Xəlifə ilə görüşüb.

Görüşdə Azərbaycan-Bəhreyn ikitərəfli və çoxtərəfli əməkdaşlığının hazırkı durumu, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov rəsmi səfəri çərçivəsində nümayiş olunan yüksək qonaqpərvərliyə görə təşəkkür edib, bugünkü səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə olacağına dair ümidvarlıq ifadə edib.

Ölkələrimiz arasında ali və yüksək səviyyədə siyasi dialoqun səviyyəsindən məmnunluq ifadə olunub, bu dinamikanın iqtisadiyyat, ticarət, investisiyalar, turizm, logistika, informasiya və kommunikasiya texnologiyaları üzrə konkret təşəbbüslər vasitəsilə daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

2026-cı ilin Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərinin 30 illiyi ilə əlamətdar olacağı məmnunluqla qeyd edilib, bu illər ərzində münasibətlərimizin əsaslandığı prinsiplərin bundan sonra da əməkdaşlığımızın inkişafında rəhbər tutulmasının əhəmiyyəti qeyd edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

13:51

Bəhreynin vəliəhdi və Baş naziri Salman bin Həməd bin İsa Al Xəlifə Krallığın Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu təsdiqləyib.

Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumət başçısı xarici işlər naziri Ceyhun Bayramovla görüşdə bildirib.

Söhbət zamanı vəliəhd ikitərəfli əlaqələrin dərinləşdirilməsinin və qarşılıqlı fəaliyyətin bütün istiqamətlərinin inkişafı üzərində birgə işin davam etdirilməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, bu, hər iki ölkənin rifahına və davamlı inkişafına töhfə verərək, qarşılıqlı faydalı tərəfdaşlıq üçün yeni imkanlar yaradacaq.


SON XƏBƏRLƏR