• Bakı 18° C

    7.45 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

Azərbaycan və Bəhreyn XİN başçıları arasında geniştərkibli görüş baş tutub

SİYASƏT

12 May 2025 | 13:11

Azərbaycan və Bəhreyn XİN başçıları arasında geniştərkibli görüş baş tutub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreynin xarici işlər naziri Raşid Alzayani ilə genişləndirilmiş formatda görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.

Məlumatda bildirilib ki, nazirlər görüşdə ikitərəfli münasibətlərin cari vəziyyətini müzakirə edib, iki ölkə arasında gələcək əməkdaşlıq imkanlarını araşdırıblar.

Müzakirələr siyasi dialoq, ticarət və iqtisadi əməkdaşlıq, humanitar təşəbbüslər daxil olmaqla geniş sahələri əhatə edib.

Hər iki tərəf yüksək səviyyəli qarşılıqlı səfərlər, müntəzəm siyasi məsləhətləşmələr və strukturlaşdırılmış iqtisadi əməkdaşlıq mexanizminin yaradılması vasitəsilə qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Nazirlər BMT, İƏT, QH və AİTF kimi regional və beynəlxalq platformalarda qarşılıqlı dəstək və həmrəyliyin davam etdirilməsinə sadiqliklərini bir daha təsdiq ediblər.

C.Bayramov, həmçinin bəhreynli həmkarına regionda münaqişədən sonrakı yenidənqurma və reabilitasiya işlərində, o cümlədən, minatəmizləmə əməliyyatlarında və davamlı sülhün qurulmasına yönəlmiş səylərdə əldə edilən irəliləyiş barədə məlumat verib.


SON XƏBƏRLƏR