• Bakı 11° C

    8.27 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

Hulusi Akar: "Kimsə Azərbaycan və Türkiyəyə tərs baxa bilməyəcək"

SİYASƏT

12 Aprel 2025 | 23:15

Hulusi Akar: Kimsə Azərbaycan və Türkiyəyə tərs baxa bilməyəcək

44 günlük müharibədən sonra şanlı Azərbaycan bayrağı Şuşada, Qarabağda şərəflə dalğalanır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Milli (TBMM) Müdafiə komissiyasının sədri, keçmiş müdafiə naziri Hulusi Akar “X”də yazıb.

"Azərbaycan Prezidenti İlham Əliyev “yetər artıq” dedi, dövlət başçımız Rəcəb Tayyib Ərdoğan da “Azərbaycan yalnız deyil" dedi. Artıq kimsə Azərbaycan və Türkiyəyə tərs baxa bilməyəcək. Gücümüzün fərqindəyik. Tək yumruq, tək ürək, tək ordu olaraq modernləşmə işlərini davam etdiririk. Eyni zamanda sülh deyirik, hüzur deyirik, sabitlik deyirik, diplomatiya deyirik, dialoq deyirik”, - o qeyd edib.


SON XƏBƏRLƏR

12 Aprel 2025