• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Baş katib: TDT-nin əhatə dairəsi getdikcə genişlənir

SİYASƏT

12 Aprel 2025 | 23:33 | Müəllif: Subhan Mahmudov

Baş katib: TDT-nin əhatə dairəsi getdikcə genişlənir

Türk Dövlətləri Təşkilatının (TDT) əhatə dairəsi getdikcə genişlənir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömuralıyev Türkiyədə keçirilən IV Antalya Diplomatiya Forumu çərçivəsində Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşündə deyib.

O bildirib ki, təşkilat Avropa və Asiyanı əhatə edən üzv və müşahidəçi ölkələri birləşdirən çoxtərəfli platforma kimi əhəmiyyət qazanır.

Tərəflər görüş çərçivəsində institusional dialoqun və əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib. Görüşdə ümumi maraq doğuran sahələrdə, xüsusilə təhsil və rəqəmsallaşma sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.

Tərəflər iki təşkilat arasında dialoqun gücləndirilməsinin vacibliyini vurğulayaraq, demokratik idarəçiliyi, sosial inklüzivliyi və davamlı inkişafı dəstəkləyəcək mümkün birgə təşəbbüslərə açıq olduqlarını bildiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026