• Bakı 11° C

    3.63 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

"Azərbaycan hər zaman Rusiyanın köməyinə ümid edə bilər" - Putin

DÜNYA

14 Mart 2025 | 18:10

Azərbaycan hər zaman Rusiyanın köməyinə ümid edə bilər - Putin

Xəbər verdiyimiz kimi, Ermənistan tərəfinin təşəbbüsü ilə Vladimir Putinlə Nikol Paşinyan arasında telefon danışığı olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin təsdiqinin başa çatdığını və İrəvanın bu mühüm sənədi imzalamağa hazır olduğunu bəyan edib.

Bu xüsusda Vladimir Putin vurğulayıb ki, Rusiya hər zaman Ermənistan-Azərbaycan münasibətlərinin Zaqafqaziya regionunda təhlükəsizlik, sabitlik və davamlı sosial-iqtisadi inkişaf maraqları naminə normallaşdırılmasını dəstəkləyib və dəstəkləyir. Bu məqsədlərə nail olmaq üçün həm Ermənistan, həm də Azərbaycan hər zaman Rusiya tərəfinin istənilən köməyinə ümid edə bilər".


SON XƏBƏRLƏR