Ukraynanın Sumı şəhərinin mərkəzinin Rusiya ordusu tərəfindən raketlərlə vurulması nəticəsində həlak olan mülki şəxslərin sayı 31 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində 84 nəfər yaralanıb.
Ukraynanın daxili işlər naziri İqor Krimenkonun sözlərinə görə, həlak olanlardan 2-si, xəsarət alanların 7-si uşaqdır.
Ukrayna Prezidenti Volodimir Zelenski isə qeyd edib ki, atəşlər şəhərin küçəsini, o cümlədən evləri, təhsil müəssisələrini, avtomobilləri hədəf alıb. Onun sözlərinə görə, təcavüzkara təzyiq olmadan sülh mümkün deyil.
12:50
Rusiya ordusu Ukraynanın Sum şəhərnə raket zərbələri endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sum Şəhər Şurasının katibi Artyom Kobzar məlumat verib.
“Düşmən yenə mülki əhaliyə hücum etdi. Bu gün endirilən zərbələr nəticəsində 20 nəfər sakin həlak olub. Dağılan binalar da var”, - Kobzar bildirib.