Britaniyalı deputat Vera Hobhausun heç bir səbəb göstərilmədən Honkonqa girişi qadağan edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tayms” nəşri məlumat yayıb.
“Deputatın yeni doğulmuş nəvəsini ziyarət etmək üçün Honkonqa girişinə icazə verilməyib. 65 yaşlı Vera Hobhaus cümə axşamı hava limanının mühafizəsi tərəfindən saxlanılıb, sorğu-sual edilib və beş saat sonra ilk uçuşda evə göndərilib”, - məlumatda qeyd olunub.