"Suriyanın yeni hakimiyyət orqanları ilə şimal-şərq bölgələrində yaşayan kürdlər arasında razılaşmanın icrasının gecikdirilməsi ölkədəki xaosu uzadacaq".
Bakıvaxtı.az Səudiyyə Ərəbistanının "Arab News" qəzetinə istinadən xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Əsəd əl-Şaibani deyib.
O, bildirib ki, Suriya Demokratik Qüvvələri (SDQ) ilə şimal-şərqdəki kürd muxtariyyətinin mülki və hərbi strukturlarının Dəməşq hökumətinə inteqrasiyası ilə bağlı imzalanan saziş ölkə üçün mürəkkəb və incə, lakin son dərəcə zəruri prosesdir.
"Yeni hakimiyyət sazişin həyata keçirilməsində maraqlıdır və ümid edir ki, kürdlər onun həyata keçirilməsində ciddidirlər. Sazişin icrasının gecikdirilməsi ölkədə xaosu uzadacaq, xarici müdaxilələrə qapı açacaq və separatizm meyllərini gücləndirəcək".
Qeyd edək ki, mayın 12-də PKK ləğv olunduğunu və Türkiyə ilə silahlı münaqişəni dayandırmaq qərarını elan etdiyi açıqlayıb.
Gülşən Şərif