• Bakı 19° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

BMT: Qəzzada gündəlik yemək payları 70% azalıb

DÜNYA, CƏMİYYƏT

13 May 2025 | 11:28

BMT: Qəzzada gündəlik yemək payları 70% azalıb

"Qəzzada hazırda fəaliyyət göstərən mətbəxlərdə yemək paylama imkanları sürətlə azalır. Belə ki, ötən həftə 840 min isti yemək verildiyi halda, bu rəqəm hazırda gündə cəmi 260 minə düşüb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik bildirib.

O, Qəzza zolağında humanitar vəziyyətin daha da ağırlaşdığını bildirib. Gündəlik mətbuat konfransında çıxışı zamanı bölgədə verilən isti yemək paylarının ötən həftə ilə müqayisədə 70 faiz azaldığını açıqlayıb.

BMT rəsmisi əlavə edib ki, humanitar yardım yalnız ərzaqla məhdudlaşmır. Onun sözlərinə görə, bölgəyə səfər edib ehtiyacları yerində qiymətləndirmək, su, gigiyena, sağlamlıq, qidalanma, təhsil və müdafiə kimi xidmətləri təmin etmək vacibdir.

Dujarric həmçinin bildirib ki, Qəzzada tibb və su obyektlərində yanacaq tükənmək üzrədir və xəstəxanalar çoxsaylı yaralılarla, ciddi dərman, avadanlıq, qan və personal çatışmazlığı ilə üz-üzədir. “Səhiyyə sistemi sanki sap üstündə dayanıb”, – deyə o vurğulayıb.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR