• Bakı 12° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Filippində Kanlaon vulkanı püskürdü

DÜNYA

13 May 2025 | 11:49

Filippində Kanlaon vulkanı püskürdü

Filippinin Neqros adasında yerləşən Kanlaon vulkanında partlayış baş verib.

Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu bildirib ki, vulkan yerli vaxtla saat 02:55-də püskürməyə başlayıb. Partlayışın 5 dəqiqə davam etdiyi və bu zaman təxminən 3 kilometr yüksəkliyə kül buludunun qalxdığı qeyd olunub.

Vulkanın cənub yamaclarında 2 kilometrlik ərazidə isti qaz və vulkanik material axınları müşahidə edilib. Hazırda bölgədə 3-cü səviyyəli təhlükə siqnalı qüvvədədir.

Nuriyyə Musayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026