• Bakı 11° C

    3.61 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Yoluxma halları artdı - ÜST-dən TƏCİLİ XƏBƏRDARLIQ

CƏMİYYƏT

14 Mart 2025 | 20:20

Yoluxma halları artdı - ÜST-dən TƏCİLİ XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada qızılcaya yoluxma hallarının sürətlə artdığını bildirib. 2024-cü ildə yoluxma halları iki dəfə artaraq 127 min 350-yə çatıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, ÜST-ün Avropa direktoru Hans Kluge qızılcanın yenidən yayılmasını təhlükə adlandırıb və yüksək peyvənd nisbətlərinin vacibliyini vurğulayıb.

Hazırda qızılcaya yoluxma hallarının yüksək olduğu ölkələrin başında Rumıniya gəlir. Ölkədə 30,692 yoluxma halı qeyd olunub.

Hadisələrin 40%-i 5 yaşdan kiçik uşaqlarda müşahidə olunub.

2023-cü ildə Avropa regionunda 500 min uşaq qızılcaya qarşı peyvənd olunmayıb. ÜST bu barədə xəbərdarlıq edib:

"Peyvəndsiz sağlamlıq təhlükəsizliyi mümkün deyil!"


SON XƏBƏRLƏR