• Bakı 12° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar: Direktor, müavini və baş həkim...

CƏMİYYƏT

14 Mart 2025 | 16:08

Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar: Direktor, müavini və baş həkim...

Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb.

Bakıvaxtı.az-ın mövzu ilə bağlı sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, proseslə bağlı məlumatlar Baş Prokurorluqda mövcuddur.

Əli Hüseynov

***

16:08

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Mərkəzin rəhbərliyi , eləcə də bir neçə həkim endokrinoloq barəsində araşdırma aparılır.

Onların arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədovanın olduğu deyilir.

Bildirilib ki, araşdırmanın aparılmasında səbəb xəstələrdən rüşvət alınması faktları ilə bağlı olub.

Məsələ ilə bağlı Bakıvaxtı.az müvafiq qurumlara sorğu göndərib.

Əli Hüseynov


SON XƏBƏRLƏR