• Bakı 16° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

32 yaşlı operatora iynə vurulduqdan sonra öldü

CƏMİYYƏT

12 Aprel 2025 | 22:33 | Müəllif: Subhan Mahmudov

32 yaşlı operatora iynə vurulduqdan sonra öldü

Lənkəranda 32 yaşlı kişi iynə vurulmasından sonra ölüb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə Viyən kəndində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü İmran İqbal oğlu Məmmədova ev şəraitində antibiotik vurulub. Bundan sonra İ.Məmmədovun vəziyyətinin ağırlaşdığını görən ailə üzvləri təcili tibbi yardıma müraciət ediblər. Lakin həkim gələnə qədər İ.Məmmədov ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Ölümün səbəbi müvafiq ekspertizadan sonra məlum olacaq.

Qeyd edək ki, İ.Məmmədov yerli televiziya kanalında operator vəzifəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026