Bu gün Tovuzda ağır yol qəzası baş verib.
Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Aşağı Quşçu kəndində “Hyundai” markalı yük avtomobili ilə “Belarus” markalı traktor toqquşub.
Nəticədə kənd təsərrüfatı texnikası aşıb, 2 nəfər xəsarət alıb.
Yaralılar yaxınlıqda yerləşən tibb müəssisəsinə yerləşdirilib. Vəziyyətləri orta ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.