• Bakı 22° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

CƏMİYYƏT

11 Iyun 2025 | 15:23

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Nərimanov Rayon Məhkəməsində "Magerramov" ləqəbli tiktoker Əmrah Məhərrəmovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi vəsatətə baxılıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Əmrah Məhərrəmovun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Xatırladaq ki, Ə.Məhərrəmov ötən ilin dekabr ayında saxlanılıb. Ə.Məhərrəmov Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bundan əvvəl "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimov da ev dustaqlığına buraxılıb.


SON XƏBƏRLƏR