• Bakı C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1237

Qırmızı işığda keçdi -  ağır qəza törətdi - VİDEO

CƏMİYYƏT

11 Iyun 2025 | 15:34

Qırmızı işığda keçdi -  ağır qəza törətdi - VİDEO

Masallıda yol hərəkəti qaydalarını kobudcasına pozan sürücü ağır qəzaya səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl gecə saat 01 radələrində baş verib.

Belə ki, M.Fəttayev idarə etdiyi “VAZ 2106” markalı avtomobillə işıqforun qırmızı işığının tələbini pozaraq hərəkətinə davam edib. Nəticədə nəqliyyat vasitəsi öz yolu ilə hərəkət edən A.Əhədovun idarə etdiyi “VAZ21074” markalı avtomobillə toqquşub.

Hadisə zamanı “VAZ 2106”da olan sərnişin xəsarət alıb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

15 Dekabr 2025