• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Əvəz Zeynallıya xərçəng diaqnozu QOYULDU

CƏMİYYƏT

13 Aprel 2025 | 13:42 | Müəllif: Subhan Mahmudov

Əvəz Zeynallıya xərçəng diaqnozu QOYULDU

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı bildirib ki, ərinə xərçəng diaqnozu qoyulub.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Facebook sosial şəbəkəsində məlumat yayıb.

    Məlahət Zeynallının sözlərinə görə, “Xural” internet televiziyasının həbsdə olan rəhbərini Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə göndərdilər:

    “Təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, “biopsi” götürdülər. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar”.

    O bilidirir ki, bağırsağında olan bədxassəli şiş artıq “mütastaz” verib, xərçəng qara ciyərinə yayılıb: “Bu günlərdə “ximiya”ya başlayacaqlar”.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR