• Bakı 12° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

10 min şagirdin yerdəyişməsi tamamlanıb

CƏMİYYƏT

14 Mart 2025 | 15:42

10 min şagirdin yerdəyişməsi tamamlanıb

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

Bu barədə Bakıvaxtı.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Qeyd olunub ki, bu günə qədər 14000 müraciət portala daxil edilib, 10000 şagirdin yerdəyişməsi uğurla tamamlanıb.

    Qeyd edək ki, fevralın 25-dən etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə edir.

    Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi 5 mart tarixindən etibarən dayandırılıb və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.

    Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.


    SON XƏBƏRLƏR