• Bakı 15° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Deputat: Əmlak bazarında olan qiymətlər qazancla TƏRS mütənasibdir

SİYASƏT

14 Mart 2025 | 15:11

Deputat: Əmlak bazarında olan qiymətlər qazancla TƏRS mütənasibdir

"İqtisadiyyatın digər sahələrində də daha böyük uğurlara nail olmaq və kütləvi iş yerləri yaratmaq mümkündür".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, bir çox sahələrdə müsbət irəliləyişlər olsa da, iqtisadiyyatın bəzi sahələrinə daha ciddi diqqətə ehtiyac yaranıb. 

Milli Məclisin deputatı qeyd edib ki, bütövlükdə azad olunmuş əraziləri çıxmaq şərtilə Azərbaycanın bütün ərazisi üzrə tikinti sahəsində ciddi çətinliklər var. 

R.Nurullayev bildirib ki, qanunlar və qaydaların daha da sadələşdirilməsinə, tələb olunan prosedurların yüngülləşdirilməsinə və bu sahədə baş verən gecikdirmələrin qarşısının alınmasına, tikinti icazələrinin verilməsinə tələb olunan zamanın bir neçə dəfə azaldılmasına ehtiyac var:

"Bu sahədə aparılacaq islahatlar on minlərlə yeni iş yerlərinin yaradılmasına imkan verər və əmlak bazarında qiymətlərin artmasının qarşısını alardı. Bu gün əmlak bazarında olan qiymətlər xalqımızın qazancı ilə təmamilə tərs mütənasibdir".

Mina Mikayılova


SON XƏBƏRLƏR

23 Aprel 2025