• Bakı 11° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

NATO sülh sazişi üzrə danışıqların başa çatmasını ALQIŞLADI

DÜNYA

14 Mart 2025 | 20:00

NATO sülh sazişi üzrə danışıqların başa çatmasını ALQIŞLADI

NATO Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart sosial media hesabındakı paylaşımında bildirib.

Allison Hart Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışladıqlarını qeyd edib.

O müqavilənin imzalanması və ratifikasiya olunmasını səbirsizliklə gözlədiklərini vurğulayıb: “Bu, normallaşma prosesində irəliyə doğru atılmış əhəmiyyətli bir addımdır və regional təhlükəsizliyə töhfə verəcək”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.


SON XƏBƏRLƏR

14 Mart 2025