• Bakı 11° C

    14.83 m/s

  • USD - 1.7

    EUR - 1.9326

    RUB - 2.04

Tramp köməkçisini İtaliyaya göndərdi

DÜNYA

13 Aprel 2025 | 19:12

Tramp köməkçisini İtaliyaya göndərdi

İtaliyanın baş naziri Corca Meloni aprelin 18-də Kici hökumət sarayında ABŞ-nin vitse-prezidenti Cey Di Venslə görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliyanın baş nazirinin ofisi məlumat yayıb. 

Vens aprelin 20-də Vatikanda Pasxa bayramında iştirak etməyi və Papa Fransisklə görüşməyi planlaşdırır. Papa ilə görüş onun səhhətindən asılı olacaq. Belə ki, fevralın ortalarında Papa tənəffüs yoluxucu infeksiya ilə xəstəxanaya yerləşdirilmişdi və o, artıq ictimaiyyət qarşısına çıxmağa başlasa da, hələ də müalicə alır.


SON XƏBƏRLƏR

14 Aprel 2025