• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Putin dərhal atəşkəsə razılaşmalıdır - Starmer

DÜNYA

13 Aprel 2025 | 19:02 | Müəllif: Subhan Mahmudov

Putin dərhal atəşkəsə razılaşmalıdır - Starmer

Böyük Britaniyanın Baş naziri Keyr Starmer Rusiyadan Ukraynadakı münaqişəni dərhal dayandırmağı tələb edib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Siyasətçi Suma edilən hücumdan hiddətləndiyini bildirib.

Eyni zamanda o, Ukrayna lideri Vladimir Zelenskinin artıq sülhə sadiqliyini nümayiş etdirdiyi qənaətində olduğunu bildirib.

"Putin indi heç bir şərt olmadan tam və dərhal atəşkəsə razılaşmalıdır”, - deyə Starmer qeyd edib.

Qeyd edək ki, bu gün Rusiya Ukraynanın Sum şəhərinə raket zərbələri endirib. İndiyə qədər olan məlumata görə, zərbələr nəticəsində 31 nəfər ölüb, 84 nəfər isə yaralanıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026