Kursk vilayətində guya Ukrayna bölmələrinin düşmən tərəfindən mühasirəyə alınması ilə bağlı xəbərlər reallığa uyğun gəlmir və siyasi məqsədlər və Ukraynaya və onun tərəfdaşlarına təzyiq göstərmək üçün yaradılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Son 24 saat ərzində vəziyyət ciddi şəkildə dəyişməyib. Kursk qüvvələri qrupunun əməliyyat zonasında döyüş əməliyyatları davam edir", - məlumatda deyilir.
Bildirilib ki, Ukrayna Müdafiə Qüvvələrinin bölmələri yenidən qruplaşdırılıb, daha əlverişli müdafiə mövqelərinə çəkilib və Kursk vilayətində müəyyən tapşırıqları yerinə yetirirlər./axar.az