• Bakı 12° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Goranboyda zəhərlənən məktəblilər evə buraxılıb - YENİLƏNİB

HADİSƏ

14 Mart 2025 | 14:15

Goranboyda zəhərlənən məktəblilər evə buraxılıb - YENİLƏNİB

Bu gün saat 11:20 radələrində 2016-cı il təvəllüdlü 2 azyaşlı zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlara dəqiqləşdirilməmiş dispepsiya diaqnozu təyin edilib. 

Qeyd olunub ki, pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

***

12:24

Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib

Bakıvaxtı.az xəbər verir ki, rayonun Səfikürd kəndinin sakinləri - Səfikürd kənd tam orta məktəbin üçüncü sinif şagirdləri, 2016-ci il təvəllüdlü Nənəxanım Fəxri qızı Kərimova və 2016-cı il təvəllüdlü Sürəddin Elməddin oğlu Əliyev şirin pambıq yeyiblər.

Onların bir müddət sonra halı pisləşib və zəhərlənmə şübhəsi isə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliiblər, vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR