• Bakı 11° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Belçika XİN: Bakı və İrəvan arasında sülh danışıqlarında irəliləyiş ümidvericidir

SİYASƏT

14 Mart 2025 | 14:26

Belçika XİN: Bakı və İrəvan arasında sülh danışıqlarında irəliləyiş ümidvericidir

Azərbaycan və Ermənistan arasında davamlı sülh bütün region üçün vacibdir və əldə edilmiş razılaşmalar ümidvericidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belçika Baş nazirinin müavini və xarici işlər naziri Maksim Prevo bildirib.

"Region və onun hüdudlarından kənarda vacib və faydalı olan davamlı sülh nəhayət ki, əlçatan olub. Mən hər iki tərəfin tezliklə sazişi imzalayacağına ümid edirəm", - o, "X" sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, dünən Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri Bakı və İrəvan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatdığını rəsmi şəkildə bildirib.


SON XƏBƏRLƏR