• Bakı 10° C

    9.96 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

Antalyada Azərbaycan, Ermənistan, Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə panel keçirilib - YENİLƏNİB

SİYASƏT

12 Aprel 2025 | 16:08

Antalyada Azərbaycan, Ermənistan, Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə panel keçirilib - YENİLƏNİB

“Baku Tv” Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə keçirilən panel müzakirə barədə videomaterial hazırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, videomaterialda paneldəki müzakirə mövzularına toxunulub.

Bildirilib ki, paneldə regiondakı son vəziyyət, Cənubi Qafqazda ölkələr arasındakı qonşuluq münasibətlərin irəliləməsi, Azərbaycan-Gürcüstan arasındakı münasibətlər barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müzakirələr aparılıb.

***

13:15

Bu dəqiqələrdə Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Ceyhun Bayramov, Gürcüstan xarici işlər naziri Maka Boçorişvili və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iştirak edir.

    Nazirlər Cənubi Qafqazdakı cari prosesləri müzakirə edəcək, həm regional əməkdaşlıq yolunda mövcud maneələrə, həm də perspektivlərə diqqət yetirəcəklər.

    Eyni zamanda qlobal qeyri-sabitlik şəraitində regionun davamlı və inklüziv inkişafı məsələlərinə xüsusi diqqət yönəldiləcək.


    SON XƏBƏRLƏR

    12 Aprel 2025