• Bakı 11° C

    8.27 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

Tramp 1 milyon miqrantı ABŞ-dan deportasiya edəcək

DÜNYA

13 Aprel 2025 | 00:18

Tramp 1 milyon miqrantı ABŞ-dan deportasiya edəcək

Prezident Donald Trampın administrasiyası ABŞ-dan təxminən 1 milyon qeyri-qanuni miqrantı deportasiya etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti öz mənbələrinə istinadən məlumat verib.

Qəzet bildirir ki, bu planlarla yaxından tanış olan dörd hazırkı və keçmiş federal məmurun sözlərinə görə, şəxsi müzakirələrdə daima bir mühüm rəqəm vurğulanır: bu, 1 milyondur.

Qəzetin məlumatına görə, bu rəqəm, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyası dövründə tətbiq olunan 400 min deportasiya rekordunu xeyli üstələyir.


SON XƏBƏRLƏR

12 Aprel 2025