Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası rəsmi olaraq Rusiyanın 2014-cü ildə Ukrayna üzərində MH17 reysi qəzasına görə məsuliyyət daşıdığını elan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Niderland hökuməti bəyanat yayıb.
Bəyanata görə, Rusiya öz hərəkətləri ilə Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasını, xüsusilə də uçuş zamanı mülki hava gəmilərinə qarşı silah tətbiqini qadağan edən müddəasını pozub.
Yaxın həftələrdə İCAO Şurası Rusiyanın zərəri necə ödəməli olduğu məsələsini nəzərdən keçirəcək.
Qeyd edək ki, “Malaysia Airlines”a məxsus “Boinq 777” təyyarəsi 2014-cü ilin iyulunda Ukrayna üzərində vurulub. Nəticədə 298 nəfər ölüb, bu təyyarə qəzası tarixdə qurbanların sayına görə ən böyük on qəza sırasına daxildir./ axar.az