• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Britaniya və İspaniya Cəbəllütariqlə bağlı razılaşdı

DÜNYA

11 Iyun 2025 | 21:27 | Müəllif: Subhan Mahmudov

Britaniya və İspaniya Cəbəllütariqlə bağlı razılaşdı

Böyük Britaniya və Avropa Birliyi (AB) Cəbəllütariqin “Breksit”dən sonrakı statusuna dair razılığa gəliblər.

Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, yeni razılaşmaya əsasən, Cəbəllütariq ilə İspaniya arasındakı sərhəddə insanlar və mallar üçün sərhəd yoxlamalarına ehtiyac olmayacaq. Bu, bölgədə gündəlik hərəkət edən təxminən 15 min insan üçün əhəmiyyətli asanlıq yaradacaq. Cəbəllütariq hava limanına gələn sərnişinlər üçün pasport yoxlamaları həm Cəbəllütariq, həm də İspaniya rəsmiləri tərəfindən birgə aparılacaq.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi razılaşmanı praktiki həll adlandıraraq bildirib ki, bu razılaşma həm Britaniya suverenliyini, həm də Cəbəllütariqin iqtisadiyyatını qoruyur.

Cəbəllütariqin Baş naziri Fabian Pikardo da razılaşmanı alqışlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026